Putin PUA-ları vurmağı əmr etdi

23:57 02.05.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiya Prezidenti Vladimir Putin ölkənin gömrük orqanlarına pilotsuz uçuş aparatlarına qarşı mübarizə səlahiyyətləri verən qanunu imzalayıb.

Hafta.az yazır ki, bu haqda "Kommersant" xəbər verir.

Nəşrin məlumatına görə, artıq Rusiyanın gömrük orqanları qurumun obyektlərinə hücum və ya hücum təhlükəsi olduqda dronların fəaliyyətinin qarşısını almaq hüququ əldə ediblər.

Söhbət hava, sualtı və s. olmaqla istənilən avtomatlaşdırılmış pilotsuz komplekslərdən, eləcə də pilotsuz nəqliyyat vasitələrindən gedir.

Qanun rəsmi şəkildə dərc olunduqdan 30 gün sonra qüvvəyə minir.